Koronavirus
Koronavirus infeksiyası dünyada yayıldıqca
bir tərəfdən də sanki youtubda insanlara bu infeksiyanın əhəmiyyətli bir virus
olmadığını izah edən video çarxlara rast gəlinir. “Adi qrip virusudur, öldürmə
riski çox aşağıdır, sadəcə 3% xəstəni öldürür, vərəm xəstəliyindən dünyada daha
çox adam ölür nəinki korona virusundan” – bu kimi cümlələrlə əminəm ki, siz də
rastlaşmısınız. Bütün bu yazılanlar koronavirusu sizlərə təhlükəsiz bir virus
olaraq tanıtmasın. Çox ciddi bir xəstəliklə qarşı-qarşıyayıq. İranda və Çində
yollarda insanların anidən yıxılmaları vəya ictimai yerlərdə xəstələrin anidən
vəziyyətinin pisləşməsi video görüntüləri internet üzərində yayımlanıb. Sizcə
bu adi virusdur? Öldürmə riski 3% olsa belə xəstəlik adi virusdan qat-qat çox
sürətlə yayılır. Bir ailədə bir nəfər qrip virusu olduqda ailənin digər üzvləri
bəzən heç qrip virusuna yoluxmur. Ancaq koronavirus üçün belə deyil. Kontakt
qurduğunuz anda yoluxursunuz və siz özünüz də yoluxma mənbəyi olursunuz. Beləliklə
ölüm riski aşağı olmasına baxmayaraq çox sürətlə yayıldığı üçün bir çox ölüm
hadisələri ilə yollarda, ictimai yerlərdə rast gəlinir. Nə qədər ki, bugünki
gündə vətənimizdəki vəziyyət İran və İtaliyadakı kimi deyil, nə qədər ki,
sevdiklərimiz gözümüzün önündə ölməyib bu xəstəlikdən qorunmalıyıq! Bu yazını
oxuyan kimi əminəm ki, ağlınızda ”Necə qorunaq? İran, İtaliya qoruna bilmədiyi
halda biz necə qoruna bilərik?!” sualları yarandı. Bu suallarınıza cavab olaraq
sizdən soruşuram. Niyə Çində yeni xəstələrin sayı gün ərzində 20-30 olduğu
halda İran və İtaliyada 800-1000 arasıdır? Çində xəstələrin sayı 1 həftədir ki,
80mini keçmir. Əhalisinin sayı dünyada ən çox olan ölkə bildiyimiz kimi Çindir
– 1.4milyard əhalisi var. Bu qədər sürətlə yayılan koronavirusu nəyə görə
80mində dayandı? Çünki Çində insanlar koronavirusun ciddiyyətini anladılar. Necə
anladılar? Öz sevdiklərini itirdikdən sonra, gözlərinin önündə ictimai yerlərdə
insanlar anidən öldüyünü gördükdən sonra xəstəliyin ciddiyyətini anladılar və
virusdan qorunmaq üçün həkimlərin dediyi bütün məsləhətləri olduğu kimi yerinə
yetirərək koronavirusdan qorunmağa nail oldular. 1.4 milyard əhalisi olan ölkənin
bu qədər sürətli yayılan bir virusun ölkədə xəstə sayının 80mində dayanması
insanların virusdan qorunmaq tədbirlərinə əməl
etmədikləri təqdirdə mümkün olmazdı. Elə isə nə qədər ki, öz sevdiklərimizi
itirməmişik, nə qədər ki, insanlar gözlərimizin önündə anidən ölməyib, nə qədər
ki, siz həyatdasınız və bu yazını oxuyursunuz elə isə qorunma tədbirlərinə əməl
edək.
Əllər çiyindən yuxarı qalxmasın
Əllərinizi
çiyindən yuxarıda yerləşən orqanlarınıza aparmayın. İlk edəcəyiniz iş budur.
Özünüzü bu qorunma yöntəminə öyrəşdirə bildirdiyiniz təqdirdə virusa yoluxma riskini
əhəmiyyətli dərəcədə aşağı salmış olacaqsınız. Adi tibbi maskalar bizi virusdan
qorumur ancaq əli ağıza-buruna aparmamağı xatırlatmaqda yararlı ola bilər bir
müddət öyrəşənəcən. Ancaq maskaların özlərinin istifadə müddəti var o müddət
keçdikdən sonra maskalar özləri infeksiya mənbəyinə çevrilir buna diqqət etməliyik.
Əlləri yumaq
Əllərinizi
tez tez sabunla dirsəyə qədər yumaq çox önəmlidir. Spreyli tibbi spirt daim
yanımızda olmalıdır. Əllərinizi yuya bilmədiyiniz zaman vəya təhlükəli mənbələrlə
qurduğunuz kontaktdan sonra dərhal dırnaq aralarına diqqət etmək şərti ilə əllərinizi
spirtləmək də bizi virusdan qoruyar. Effektiv spirtləmək üçün dırnaqlarınızın
uzun olmaması məsləhətdir.
Kontakt qurmamaq
Virus
ən başda kontak yolu ilə yoluxur. Virusa yoluxmuş xəstənin kontaktda olduğu
yerlərə sağlam insan kontakt qurduqdan sonra əlini ağız, burun vəya gözlərinə
apardıqda virusa yoluxur. Ən çox biz kontaktda olduğumuz salamlaşmaq hətta
salamdan sonra öpərək görüşmək. Bu adətimizə son qoymalıyıq. Liftdə basdığımız
düymələr, qapıların tutacaqları, nəqliyyat vasitələrindəki tutacaqlar və.s
bunlar hamısı ən başda gələn kontakt qurduğumuz yerlərdir. Çayçılar, restoranlar,
metro, avtobus, barlar, kafelər, məktəblər, toplantılar, iclaslar, məclislər və.s
kimi yerlərdən uzaq durmaq lazımdır.
Marketlər
Ən
son marketlərlə bağlı daha çox danışılır infeksiya mənbəyi olaraq. Ona görə də
bir marketə daxil olduğunuz zaman infeksiya mənbəyinə daxil olduğunuzu unutmayın.
Ödənişləri ödəmə kartları ilə edin çünki virusa yoluxmuş bir xəstənin kassirə
pul verdiyi vaxt həm kassiri yoluxdurmuş olur həm də kassadakı digər pullar da
artıq infeksiya mənbəyinə çevrilmiş olur.
Yaxın ünsiyyət
İnsanlarla
1 metrdən daha yaxın məsafədə ünsiyyətdə olmaq məsləhət görülmür. Çünki asqırma
və öskürmə zamanı qarşınızdakı insan 1 metr məsafəyədək virus infeksiyalarını
yaya bilir. Asqırarkən vəya öskürərkən salfetlə ağzınızı tutun daha sonra
salefti atın. Əgər salfet yoxdursa qolunuzu dirsəkdən büküb ağzınızı tutmağınız
məsləhət görülür.
Özünüzü yaxşı hiss etmirsiniz?
Evdən çölə çıxmayın. Özünüzə ayrı bir otaq ayırın. Heçkəslə
yaxın ünsiyyətdə olmayın. Əgər temperatur, öskürək və təngnəfəslik şikayətləri
yaranarsa həkimə müraciət edin.
Bu yazını daha da artırmaq olar
daha uzun və sıxıcı olması hərkəsin oxumamasına səbəb ola biləcəyindən daha önəmli
nöqtələri vurğuladıq. Əlavələrinizi şərhlərdə bölüşə bilərsiniz. Hərkəsin
faydalana bilməsi üçün yazını paylaşaq.